top
Məhkəmə hansı halda cütlüklərə vaxt ayırmadan boşanma QƏRARI VERİR?
26 yanvar 2025, 03:00
- ↺ +

Məhkəmə hansı halda cütlüklərə vaxt ayırmadan boşanma QƏRARI VERİR?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son 10 ilin statistikası ölkədə boşanmaların artdığını göstərir. Boşanmalar artdıqca boşanma ərəfəsində mübahisəli məsələlər, məhkəmə çəkişmələri də artır.

Boşanmaq istəyi ilə müraciət edən cütlüyün nikahı Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.

Məhkəmə qaydasında boşanma prosesi 2 aydan 5 aya qədər çəkə bilər.

Bəzi hallarda isə ailəyə barışmaq üçün üç ay vaxt verilir. Bu vaxt ailənin dağılmaması, aralarında yaranan mübahisənin, narazılığın müsbət sonluqla bitəcəyi ehtimalı və məhkəməyə qədər problemlərin həlli üçün ayrılan vaxtdır. Lakin bəzi cütlüklər müraciət etdikləri qısa müddətdə nikahlarının pozulmasını istəyirlər.

Bəs bu hansı halda mümkündür və ailəyə barışıq üçün zaman verilmir?

Məsələyə aydınlıq gətirən vəkil Ruslan Mustafayev bizim.media.аz-a deyib ki, bəzi hallarda nikahın ləğvi tezləşə bilər:

“Müraciətlərin çoxunda prosesin nə qədər çəkəcəyini sual edirlər. Müəyyən prosesual qaydalar var ki, onlara mütləq şəkildə həm müraciət edən, həm Mediasiya Şurası, həm də məhkəmə tərəfindən riayət olunmalıdır. Müəyyən hallar var ki, nikahın ləğvinə dair proses tezləşə bilər. Əksinə olan hallar da var ki, prosesin tez zamanda bitməsi mümkün deyil. Prosesin adətən uzanması mübahisənin forması ilə bağlı olur. Yəni bildiyimiz kimi, nikahın ləğvinə dair proseslərdə tək nikahın ləğvi deyil, digər məsələlər də məhkəmə tərəfindən həll olunur. Məsələn, nikahdan uşaqlar varsa, onların kimin yanında qalması, aliment, birgə əmlak varsa, onların bölünməsi, həmçinin son dəyişikliklərdən sonra uşaqla görüş və digər məsələlər də nikahın ləğvinə dair prosesin tərkibində həll olunur.

Bu hissələrdə mübahisələr varsa, məhkəmə dövrü uzanmış olur. Əmlakla bağlı mübahisələrdə sorğuların verilməsi, uşaqlarla bağlı məsələlərdə müvafiq rəylərin alınması və s. məsələlər var ki, məhkəmə bunu mütləq şəkildə araşdırmalı, məlumat toplamalıdır ki, verəcəyi qərar ədalətli, obyektiv olsun”.

O bildirib ki, prosesin uzanmasına gətirib çıxaran digər amil də tərəflərdən birinin boşanmaq istəməməsidir:

“Belə olduqda məhkəmə barış üçün üç aylıq müddət verir. Əgər məhkəməyə müraciət edən tərəf yox, qarşı tərəf məhkəmə prosesinə gəlməsə və ya gəlib boşanmaq istəmədiyini desə, məhkəmə barışıq üçün müddət ayırır. Bu, qanunvericiliyin tələbidir. Üç aydan sonra tərəf fikrini dəyişməsə, yəni boşanmaq istəmədiyini desə belə, iddiaçı fikrində qalıbsa, boşanma niyyətini bir daha bildirirsə, məhkəmə nikahın ləğvinə dair prosesi bitirir. Amma qeyd etdiyim məsələlərdə mübahisə varsa, razılıqlar yoxdursa, bu, məhkəmənin xeyli uzanmasına gətirib çıxarır”.

Hüquqşünas qeyd edib ki, əgər tərəflər arasında mübahisə yoxdursa, proses tez yekunlaşır:

“Tərəflər bütün elementlərdə razılığa gələ bilirlərsə, mediasiya mərhələsində tərəflər arasında saziş imzalana bilər. O sazişdə bütün məsələlərdə razılığın olması qeyd olunur və hər iki tərəfdən imzalanır. Belə olduqda məhkəmə nikahın ləğvinə dair hissənin təsdiq eləməklə kifayətlənir ki, bu da müddəti kifayət qədər qısaldır.

Mediasiyanın yaranmasının məqsədi məhkəməyə qədər mübahisənin qarşılıqlı razılıqlar əsasında həllini həyata keçirmək, prosesi tezləşdirmək, həmçinin məhkəmələrin yükünü azaltmaqdır. Tərəflər prosesi çox tez bitirmək istəyirlərsə, bunun üçün maraqları varsa, bir-birlərinə qarşı barışığa doğru addımlar atmaqla mediasiya mərhələsində saziş imzalamaqla həll edə bilərlər”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər