top
Məktəbli qızla cinsi əlaqədə oldu, övladlarına bacım uşaqları dedi – TÜKÜRPƏDƏN HADİSƏ
02 aprel 2025, 23:39
- ↺ +

Məktəbli qızla cinsi əlaqədə oldu, övladlarına bacım uşaqları dedi – TÜKÜRPƏDƏN HADİSƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkirdə yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər edilib.

Gencexeber.az xəbər verir ki, hadisənin istintaqı Şəmkir Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən 2001-ci il təvəllüdlü Qabil Əliyev (ad şərtidir) Şəmkir rayonunda anadan olub. O, 2009-cu il təvəllüdlü zərərçəkmiş Aygül Səfərova (ad şərtidir) ilə “Snapchat” sosial şəbəkəsində tanış olub. Bir müddət danışdıqdan sonra aralarında sevgi münasibəti yaranıb. Bu səbəbdən qız ötən ilin avqustun 3-də Abşeron rayonunda yaşadığı evi könüllü olaraq tərk edərək Qabilin evinə qonaq kimi gəlib.

Onlarda qaldığı müddətdə Qabillə Aygül arasında təbii və qeyri-təbii yolla cinsi əlaqə olub. Bununla da Qabil yetkinlik yaşına çatmayan Aygülün qızlıq pərdəsinin tamlığını pozaraq ona qarşı seksual hərəkətlər edib.

Nəticədə Qabil Əliyev Azərbaycan Respublikası CM-nin 152.1-ci maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Qabil Əliyev özünü qismən təqsirli bilib:

“Şəmkir rayonundakı evdə anam, bacım, bacımın övladı və özümün iki azyaşlı uşağımla birlikdə yaşayıram. 2020-ci ildə ailə həyatı qurdum. Lakin təxminən 5-6 ay əvvəl boşandıq.

2024-cü ilin iyul ayında “Snapchat”da təsadüfi olaraq Aygüllə tanış oldum. Bir müddət mesajlaşdıqdan sonra aramızda sevgi münasibəti yarandı. Bir gün Aygül zəng edərək valideynlərinin onu incitdiyini dedikdə evdən qaçmasını, mənim evimə gəlməsinə razı saldım.

Aygül taksi ilə bizim küçəyə gəldi və onu ailə üzvlərimlə tanış etdim. Anam Aygüldən valideynlərinin nömrəsini istədi ki, məlumat versin. Lakin qız buna razı olmadı. Bizdə qaldığı müddətdə onunla eyni otaqda yatdıq. Avqustun 4-ü gecə yatarkən Aygül mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Mən razı olmasam da, öpərək ehtiraslandırdı. Nəticədə onunla cinsi əlaqədə olaraq bakirəliyini pozdum”.

Daha sonra məhkəmədə zərərçəkmiş Aygül Səfərovanın ibtidai istintaqdakı ifadəsi elan edilib:

“10-cu sinifdə oxuyuram. 2024-cü ilin iyun ayında “Şamaxinka” deyilən ərazidə parkda olan zaman Qabil yaxınlaşaraq mənimlə tanış olmaq istədiyini dedi. Ona “Snapchat”dakı “Zema” adlı profilimi verdim. Həmin gün Qabil mənə yazdı və danışmağa başladıq. Bir neçə gün yazışdıqdan, bir-birimizə şəkillər atdıqdan sonra Qabil mənə sevgi etirafı etdi. Virtual sevgili olduq və sevgili kimi demək olar ki, hər gün yazışmağa, videogörüntülü danışmağa başladıq.

Qabil özü haqqında məlumat verərkən subay olduğunu, bacısı uşaqları ilə birlikdə yaşadığını demişdi. Həmçinin mənimlə evlənmək istədiyini dediyi üçün ona inandım. Avqustun 2-də balaca bacım üstündə anamla aramızda mübahisə yarandı. Bunu Qabilə danışanda evdən çıxmağımı, onun yanına gedərək evlənməyimizi təklif etdi. Səhəri gün valideynlərimə məktubda “məni yalandan axtarmayın, sevdiyim məni gəldi apardı, axtarsanız da tapa bilməzsiniz” yazaraq yaşadığım evi tərk etdim.

Qabilgilin evinə gəldikdən sonra onlarla yaşamağa başladım. O, evdəki uşaqların boşanmış bacısının övladları olduğunu demişdi. Gəldiyim gün onunla ayrı otaqlarda qaldıq. Səhəri gün Qabil mənə sevgini sübut elə, bir yerdə olaq dedi. Həmin gün mənimlə israrla cinsi əlaqədə olmaq istədiyini görüb razılaşdım. Bununla da cinsi yolla əlaqədə olaraq bakirəliyimi pozdu. Səhəri gün Qabil uşaqların onun olduğunu, evlənib boşandığını etiraf etdi. İlk başda çıxıb getmək istəsəm də, sözlərlə məni razı saldı”.

Məhkəmənin qərarı ilə 15 yaşlı qızla cinsi əlaqədə olmuş Qabilə 1 il 9 ay həbs cəzası verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər