Məktəblərdə oyuncaq formalı narkotik həblərin məktəblilər arasında naməlum şəxslər tərəfindən yayıldığı ilə bağlı sosial şəbəkələrdə qeyri-rəsmi məlumatlar, fotolar yayılıb.
Azedu.az iddiaların dəqiqliyini öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən bildirilib ki, sözügedən foto Azərbaycana aid deyil:
"Yayılan fotonun Azərbaycanda olması iddiaları həqiqəti əks etdirmir".
