Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində kanalizasiya xətti partlayıb, nəticədə yol keçilməz vəziyyətə düşüb.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət tez-tez təkrarlanır.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov bildirib ki, sözügedən ünvanda mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Su və kanalizasiya xətləri isə sakinlərin özləri tərəfindən kustar üsulla çəkilib.
Lakin buna baxmayaraq, Sarı Aşıq küçəsində baş verən qəza qurum tərəfindən qısa vaxt ərzində aradan qaldırılıb.
Gələcəkdə həmin ərazinin kanalizasiya şəbəkəsinin qurulması tədbirlər planına salına bilər.
Ətraflı Xəzər TV-nin süjetində: