Masazırda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, qəsəbə ərazisində yerləşən mağazaların birindən 1500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 36 yaşlı N.Əliyev saxlanılıb.
Araşdırma aparılır.