Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) liftlərində tez-tez problemlər yaşanır.
Bununla bağlı universitetin tələbələrindən Bizim.media-ya şikayət daxil olub. Tələbələrin bildirdiyinə görə, xüsusilə universitetin 1-ci korpusunun liftlərində vaxtaşırı dayanma və nasazlıqlar müşahidə olunur.
Məsələni aydınlaşdırmaq üçün AZMİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu ünvanladıq.
Universitetin mətbuat katibi Nicat Abdullayev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, liftlərin hər biri işlək vəziyyətdədir:
“Bizdə belə bir məlumat yoxdur. Amma məsələni araşdırıb, lazımi tədbirləri həyata keçirməyə hazırıq. Qeyd edim ki, AZMİU-nun 3 tədris binası var. Bunlardan birində 12, birində isə 5 sürətli lift mövcuddur. Liftlərə vaxtında baxış keçirilir, təmir işləri aparılır. Universitetdə liftlərə texniki qulluq göstərən əməkdaşlar mövcuddur. Həmçinin mütəmadi olaraq da texniki sazlama işlərini aparan şirkətlərlə əməkdaşlıq edilir”.