Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı iddia edilir.
Bakuplus.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"nə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, "Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:
“Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”.
Fidan İlqar