“Bakı Metropoliteni” QSC hazırda gücləndirilmiş iş rejimində çalışır. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, sərnişin sayının artmasına baxmayaraq metroda qatarlar arasında intervalın azaldılması mümkün deyil:
“Hazırda metro qatarlarının arasında interval 2 dəqiqəyə bərabərdir. Bu isə ən optimal formadır. Hətta biz istəsək belə, texniki imkan bu intervalı azaltmağa imkan vermir. Onu da əlavə edim ki, hazırda müşahidə edilən sıxlıq 2019-cu ilin göstərcilərindən aşağıdır.”
“Bakı Metropoliteni” hazırda sərnişin axınının artmasının monitorinqinin aparıldığını qeyd edib. Hazırda Bakı metrosunda 315 vaqon və 63 qatar var ki, onlardan 19-u yeni nəsil qatarlarıdır.