Paytaxtın Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında piyada yolunda gölməçə yaranıb. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Uzun zamandır davam edən problem sakinlərin narazılığına səbəb olur. Yağışdan sonra yaranan gölməçə və palçıq piyadaların gediş-gəlişinə ciddi çətinlik yaradır.
Problem daha öncə işıqlandırılsa da, məsələ həllini tapmır.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/10/video-whatsapp-2022-10-24-v-08.14.44_1.mp4"][/video]