top
“Əhmədli” metrosundakı obyektlə bağlı AÇIQLAMA – YENİLƏNİB
25 noyabr 2024, 04:45
- ↺ +

“Əhmədli” metrosundakı obyektlə bağlı AÇIQLAMA – YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, “Əhmədli” metrosunun çıxışına yeni köşkün yerləşdirilməsi nəticəsində piyadaların yolu zəbt edilib.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla əlaqə saxladıq.

Pənah İmanov Bakuplus.az-a açıqlamasında bildirdi ki, məsələdən xəbərdardırlar:

“Bir neçə müddət əvvəl həmin ərazidə dəhşətli vəziyyət var idi. Ora insanların intensiv gediş-gəliş yerləri idi. İnsanlar tərəfindən çox narazılıq, şikayət daxil olurdu. Kim nə istəyir, metronun çıxışına gətirib qoymuşdu. Buna görə də rayonun digər əraziləri kimi oranı da təmizlədik, yaxşı vəziyyətə gətirdik. Qanuni obyektlərə, o cümlədən şəhid və qazı ailələrinə sahibkarlıq fəaliyyətlərini davam etdirmək üçün özlərinin razılığı ilə digər ərazilər təklif edildi. Ancaq təbii ki, razılaşmayanlar da oldu”.

Pənah İmanovun sözlərinə görə, təklif olunan yerlər də “Əhmədli” metrostansiyasına yaxın ərazilərdir.

“Çalışırıq ki, həm estetik görkəm normal yerində olsun, həm də qarşı tərəfə problem yaranmasın. Bunun üçün bəzən sahibkara deyirik ki, dükanın, obyektin var. Ancaq eybəcər formadadır. Müraciət edirik ki, səliqəyə salsın. Bəzən elə olur ki, özümüz kömək edirik” – deyə əlavə edib.

***

13:03

“Əhmədli” metrosunun çıxışına yeni köşkün yerləşdirilməsi nəticəsində piyadaların yolu zəbt edilib.

Bakuplus.az xəbər verir ki, bununla bağlı sakinlər sosial şəbəkələrdə narazılıqlarını bildirib.

Sözügedən ərazidə insan sıxlığı çox olduğu üçün hərəkət etmək çətindir. Yeni köşkün bura yerləşdirilməsi isə insanların gediş-gəlişinə daha çox maneə yaradır.

“Metronun üstündə bir qarış yer qalmayıb. Metronun çıxışına köşkü qoyublar. Hələ deyirlər 3-nü də qoyacaqlar. Bəs camaat necə hərəkət etsin?” – deyə sakinlərdən biri bildirib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər