Bakıda müştərilərdən biri “Özsüt” restoranlar şəbəkəsinin Gənclik filialında xoşagəlməz hal ilə qarşılaşıb.
Bakuplus.az-ın məlumatına görə, restorana gələn müştərilərdən biri masanın üzərində tarakan görüb.
“Yemək masasında tarakanı gördük. İşçilərə bildirdik. Gəlib salfetlə öldürdülər”, - şikayətçi deyib.
Onun sözlərinə görə, işçilər üzrxahlıq ediblər:
“Daha sonra açıqlama verdilər ki, hər dəfə dərmanlayırıq. Amma yenə olur”.