Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az xəbər verir.
Prospektin “İzmir” bağı yaxınlığında olan və “Statistika” dairəsinə gedən hissəsində qaz borusu təmir olunur. Bu səbəbdən yolda qazıntı işləri aparılıb.
Hazırda ərazidə sıxlıq müşahidə olunur.
[URIS id=54945]