Nərimanov rayonunda İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda BakuPlus.az Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
Sakinlər rayonda onları narahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH-nin başçısına müraciət ediblər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib.
Qaldırılan məsələlərin qısa müddətdə həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli vaxt və araşdırma tələb edən məsələlər nəzarətə götürülüb.
[caption id="attachment_54553" align="alignnone" width="300"]
Foto Nərimanov rayonu İcra Hakimiyyətinin rəsmi facebook səhifəsindən[/caption]