Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 45 və 47 ünvanlarında yenidənqurma işləri tamamlanır. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ərazidə yağış sularını axıdan borular dəyişdirilib, binanın giriş qapıları və pəncərələri yeniləri ilə əvəz olunub, işıqlandırma sistemi yenilənib, istinad divarları aqlay üzlüklərlə bərpa olunub.
Həmçinin idman və uşaq meydançaları, söhbətgahlar və oturacaqlar quraşdırılıb. Həyətdə əlil arabalarının hərəkəti üçün və avtomobillərin parklanması üçün yerlər ayrılıb.
Rayon ərazisində digər küçələrin də təmir-bərpası davam etdiriləcək.
[URIS id=41097]