Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində BNA əməkdaşı qanundan yayınmaq istəyib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Avtosfer.az saytına istinadən xəbər verir.
Belə ki, BNA-ya məxsus avtomobil dayanma-durma qadağan olunan yerdə park edilib və kameralar vasitəsilə cərimə yazılmasın deyə nəqliyyat vasitəsinin yük yerini açıq saxlayıb.
BNA-nın avtomobilləri operativ nəqliyyat vasitələri siyahısında olmadığı üçün, onların qayda pozuntusu məsuliyyət yaradır.
Qurumun mətbuat katibi Mais Ağayev iddianı təkzib edib. O bildirib ki, yük yerinin açıq olması sahədəki avadanlığın götürülməsi ilə bağlıdır.