Paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi əsaslı təmir olunur. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Avtomobil Yollar Dövlət Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri Nəsib bəy Yusifbəyli və Azər Əliyev küçələri arasındakı 600 metr və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissələrində aparılır.
Hazırda ərazidə asfalt örtüyü qaşınır. Daha sonra kanalizasiya sistemi bərpa olunacaq, piyada səkiləri yaradılacaq və yeni asfalt örtüyü vurulacaq.
Paralel olaraq işlər rayonun İlqar İsmayılov və Nəcəf bəy Vəzirov küçələrində də davam etdirilir. Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.