Paytaxtın Nəsimi rayonu, Moskva prospekti 90 və 92 saylı ünvanlarda məhəllələrin yenidənqurmasına başlanılıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ərazidəki binaların fasadları və dam örtükləri bərpa olunacaq. Eləcə də bloklarda qapı-pəncərələr dəyişdiriləcək, yaşıllıq salınacaq, uşaqlar üçün meydança təşkil olunacaq.
Bundan əlavə, sakinlərin müraciətini nəzərə alaraq, avtomobillər üçün parklanma sahələri yaradılacaq.
[URIS id=33393]