Paytaxtın Nəsimi rayonu, Mustafa bəy Topçubaşov küçəsində yenidənqurma işləri tamamlanıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 360, eni isə 7 metr olan küçədə yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə piyada səkiləri təmir edilib. Avtomobil yolunun yeni asfalt-beton örtüyü döşənib.
Hazırda təmir-bərpa işləri rayonun Cəlil Məmmədquluzadə və İlqar İsmayılov küçələrində davam etdirilir.
[caption id="attachment_41600" align="alignnone" width="800"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]