Paytaxtın Nəsimi rayonu, Mustafa bəy Topçubaşov küçəsinin Akademik Mirqasımov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyü dəyişilir. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Nəsimi rayon icra hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Asfalt örtüyü ilə yanaşı, həmin ərazidə səkilərdə təmir-bərpa işləri aparılır, yeni bordürlər qoyulur, eləcə də yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunur.
[caption id="attachment_42749" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]