Paytaxtın Nəsimi rayonu, Nizami küçəsi 121 saylı ünvanda abadlıq işləri aparılır. Bu haqda bu gün, 12 yanvar tarixində Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Hazırda qeyd olunan ərazidə asfaltlanma işləri aparılır. Həmçinin sanitar təmizlik işlərinin də aparılması nəzərdə tutulub.
“Rayon ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması uğurla davam edir”, - deyə qurum əlavə edib.
[caption id="attachment_29328" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]