Bakının Nəsimi rayonunda davam etdirilən genişmiqyaslı işlərə İcra Hakimiyyəti tərəfindən baxış keçirilib. Bu haqda qurumun mətbuat xidməti bu gün, 20 may tarixində məlumat verib.
Məlumata görə, 2-ci mikrorayon ərazisində, Hüseynbala Əliyev 3, 5, 7 saylı ünvanlarda abadlıq və əsaslı təmir işləri görülür.
Nəsimi rayonu, Cavadxan küçəsində əhalinin sıx məskunlaşdığı ərazilərdə qanunsuz küçə ticarətinin fəaliyyəti yoxlanılıb. Yoxlama zamanı qanun pozuntusunda təqsirli olan şəxslər barəsində müəyyən tədbirlər görülüb.
[caption id="attachment_45311" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]