Nəsimi rayonundan olan şəhidlərin əziz xatirəsi yad olunub. Bu haqda 21 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Nəsimi RİH başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərin əziz xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər.