Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda 3 avqust tarixində Nəsimi rayon İcra Hakimiyyəti məlumat verib.
Nəsimi RİH-nin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib. Qəbulda, o cümlədən qəzalı binalarla bağlı tədbirlərin görülməsi, həyətin asfalt örtüyünün təmiri, məktəbli forması və maddi yardım göstərilməsi, dam örtüyünün təmiri, mənzilə su axması ilə bağlı qonşular arasında narazılıq, yolun təmiri, qəzalı ağacın götürülməsi ilə bağlı tədbir görülməsi barədə müraciətlərə baxılıb.
Tədbir zamanı sakinlərə Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işləri barədə məlumat verilib.
Qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müraciətlərlə bağlı müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_55089" align="alignnone" width="300"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]