Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda 29 sentyabr tarixində Nəsimi rayon İcra Hakimiyyəti məlumat verib.
Nəsimi RİH-nin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib. Qəbulda, o cümlədən həyətin abadlaşdırılması, dam örtüyünün və zirzəmi sahələrinin təmiri, kanalizasiya xəttinin yenidən qurulması, asfalt örtüyünün təmiri, mövcud obyektin sənədləşdirilməsi, basketbol lövhəsinin təmiri, mənzil növbəsinə götürülmə, iş ilə təmin olunma, söhbətgahın ətrafının bağlanması barədə müraciətlərə baxılıb.
Tədbir zamanı sakinlərə Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işləri barədə məlumat verilib.
Qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müraciətlərlə bağlı müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_72107" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]