Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib. Bu haqda 10 mart tarixində rayon İH məlumat verib.
Nəsimi RİH-in başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib. O, bir sıra məsələlərlə bağlı müraciətləri dinləyib. Müraciətlərlə bağlı, qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.
Görüşün sonunda isə sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə məlumat verilib.