Paytaxtın Nəsimi rayonunda sakinlərin növbəti səyyar qəbulu keçirilib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə yeni layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qəzalı vəziyyətdə olan binalar, mənzil məsələsi, qurumuş ağacların götürülməsi kimi məsələlər müzakirə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən sakinlərin şikayət və təklifləri dinlənilib onların həlli üçün müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_70804" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]