Paytaxtın Nəsimi rayonunda İcra Hakimiyyəti tərəfindən səyyar qəbul təşkil olunub. Bu haqda bu gün 2 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində sakinlər qəbul edilib, onların şikayət və təklifləri dinlənilib.
Müraciətlər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə yönləndirilərək, İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən müvafiq tapşırıqlar verilib.