Nəsimi rayonu, 1-ci mikrorayonda bir müddətlik fasilədən sonra yaşayış binalarının ətrafındakı ərazilərin abadlaşdırılması davam etdirilir.
Asif Məhərrəmov küçəsindəki 45 saylı binanın həyətində uşaq meydançasının, eləcə də ev sakinlərinin istirahəti üçün yerlərin salınması üçün ərazi hamarlanıb.
Eyni zamanda, binanın təmir-bərpa işlərinə də başlanılıb. Girişlərdə yeni pəncərə çərçivələri quraşdırılıb. Həmçinin evin ətrafında suvaq və rəngləmə işləri üçün dəmir konstruksiyaları quraşdırılıb.
Hazırda daha bir ünvanda təmir işləri gedir. Nəsimi rayonu, Nizami küçəsi 121 ünvanında yerləşən binanın həyəti abadlaşdırılır.
[URIS id=35489]