Nəsimi rayonu ərazisində mərkəzi küçə, prospektlərdə və parklarda cari təmir işləri aparılır. Bu haqda 1 aprel tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.
Nəsimi rayonunda abadlıq-quruculuq işləri çərçivəsində binaların, küçə və səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmir işləri davam etdirilir.
Beləki, Vaqif prospektində yerləşən parkda və Muğan bağında istismara yararsız vəziyyətdə olan oturacaqlar yenisi ilə əvəz olunub, yol kənarı və parklarda gecə işıq dirəkləri boyanıb və təmir olunub.
Həmçinin Səməd Vurğun bağında da oturacaqlar və işıq dirəkləri təmir olunub, mərkəzi küçə və prospektlərində əvvəlcədən nəzərdə tutulmuş yerlərə 150 ədəd kiçik tullantı qabları quraşdırılıb.