Nəsimi rayonunda yaşayış binalar təmir olunur. Bu haqda 14 mart tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Nəsimi rayonunda abad həyət layihəsi çərçivəsində A.Məhərrəmov küçəsində yerləşən 45 və 47 saylı ümumi yaşayış binalarının fasadlarında bərpa və rəngləmə işləri aparılır, dam örtükləri təmir olunur, blokların qapı və pəncərələri yenilənir, yağış suları axıdan boru və navalçalar dəyişdirilir.
Həmçinin sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının, söhbətgahların, oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub.
[URIS id=36817]