Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda 9 aprel tarixində Nəsimi RİH xəbər verib.
Rayon ərazisində silsilə ağacəkmə kampaniyası keçirilib. Aksiyada Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Rayonun Mir Cəlal və Cavadxan küçələri boyu yaşıllıq zolaqlarında 500 ədəd şam və sərv ağacları, 1000 ədəd mövsümi gül-çiçək əkilib, 2000-dən artıq ağaca isə qulluq edilib.
[caption id="attachment_40060" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]