Bakıda Azəriqaz İB artıq ənənə halını almış “Açıq mikrofon” aksiyasını keçirəcək. Bu haqda BakuPlus.az bu gün, 5 aprel tarixində xəbər verir.
7 aprel saat 11:00-da Nəsimi rayonunda baş tutacaq aksiyada sahibkarlarla da iştirak edəcək.
Azəriqaz İB-nin rəhbər şəxsləri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsindəki Bakı Regional Qazın Satışı Departamentinin Nəsimi rayonu üzrə xidmət sahəsi ilə üzbəüz baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
Səyyar qəbul otağı saat 13:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.