Bakının Nəsimi rayonu, Moskva prospekti 90, 92 ünvanlarında yerləşən binalar və binalararası həyətlər abadlaşdırılır. Bu haqda bu gün, 22 mart tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Qeyd olunan ünvanlarda binaların fasadları, blokların qapıları və pəncərələrinin bərpa və rəngləmə işlərinə başlanılıb, həyətlərdə ağacların budanması və istismar müddəti başa çatmış magistral qaz borularının köçürülülməsi işləri planlaşdırılır.
Həmçinin, yaxın gələcəkdə həyətdə söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması da nəzərdə tutulub.
[URIS id=37863]