Nəsimi rayonu 28 May küçəsində piyada səkilərində təmir və bərpa işləri aparılır. Bu haqda BakuPlus.az bu gün, 19 may tarixində xəbər verir.
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yarasız vəziyyətə düşmüş yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir.
Görülən işlər çərçivəsində rayonun küçə və prospektlərində piyadalar üçün nəzərdə tutulmuş, yarasız vəziyyətdə olan səkilərdə cari təmir və bərpa işləri görülüb.
Sözügedən işlər zamanı səkilərdəki tamet daşları bərpa olunaraq, yeni bordürlər qoyulub.