Nəsimi rayonunda abadlıq işləri davam etdirilir. Bu haqda 1 dekabr tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.
20 Yanvar küçəsi 7 a saylı ünvanda binaların fasadlarında əsaslı təmir işləri aparılır, bordürlər yeniləri ilə əvəz olunur, sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılır və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur. Təmir Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində keçirilir.
RİH başçısı qeyd olunan ünvanda olaraq sakinlərlə görüşüb, onların problemlərini dinləyib və həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.
[URIS id=17358]