Bakının Nəsimi rayonunda “AL-Market” supermarketinin avtomobili piyada zolağını zəbt edib. Bu haqda 28 yanvar tarixində Caliber.az xəbər verib.
Yanvarın 28-i səhər saatlarında Mirzəağa Əliyev küçəsində “AL-Market” supermarketlər şəbəkəsinin ekspeditorlar komandası malları boşaltmaq məqsədilə “Hyundai” markalı yük avtomobilini piyada zolağının üstündə saxlayıb. Nəticədə piyadalar üçün yol bağlanıb və onların rahat gediş-gəlişinə mane olunub.
Araşdırma zamanı məlum olub ki, bu hal öncə dəfələrlə təkrarlanıb.