Bakı şəhərində abadlıq işləri davam etdirilir. Bu işlərin fonunda Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması işləri aparılır. Bu haqda rayon icra hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Rayonun H.Seyidzadə küçəsi 13 və 17 saylı binaların məhəllələri, küçə və parklarının abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilir.
Hazırda binaların fasadı, dam örtüyü təmir olunur, blokların qapı və pəncərələri yenilənir, yağış suları axıdan boru və navalçalar dəyişdirilir, yeni işıqlandırma sistemi çəkilir və işıq dirəkləri quraşdırılır.
Həyətlərə asfalt örtüyü, bordür və tamet daşları vurulub, söhbətgahların, uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri davam etdirilir.