Bakının Nəsimi rayonunda təmir-bərpa işləri davam etdirilir. Bu haqda bu gün, 12 mart tarixində Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Hazırda rayonun Əbdülvahab Salamzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindən Tbilisi prospekti ilə kəsişməyə qədər asfalt örtüyü vurulur, səkilər bəpa olunur, yeni bordürlər və yağış kürəbəndləri quraşdırılır.
İşlər aparılan ərazidə müvəqqəti olaraq hərəkət məhdudlaşdırılıb.
[URIS id=36612]