Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun, 112 ünvanında yenidənqurma işləri aparılır. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən abadlıq işləri çərçivəsində həyətdə çəkilmiş qanunsuz çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib, istinad divarlarında təmir-bərpa işləri aparılıb. Binanın fasadında və eyvanlarında uçma və tökülmə ehtimalı olan suvaq qatları yenidən üzlənib bərpa olunub və rənglənmə işləri aparılıb. Yeni işıqlandırma və suvarma sistemi çəkilib, həyətdə tamet daşları və bordürlər düzülüb. Eyni zamanda uşaq meydançası, söhbətgah və oturacaqlar quraşdırılıb.
Hazırda binanın həyətində qazon və yeni asfalt örtüyünün vurulması işləri aparılır.
[caption id="attachment_99023" align="alignnone" width="896"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]