Paytaxtda sökülən evlər piyadalara təhlükə yaradır. Bu haqda 15 mart tarixində Oxu.az məlumat verib.
Azadlıq prospektində, “28 May” metro stansiyası istiqamətində köhnə evlər sökülür və yerində yeni binaların tikilməsi planlaşdırılır. Sakinlərin sözlərinə görə, 74, 76 və 78 saylı evlər sökülür, lakin burada təhlükəsizlik tədbirləri görülmür. Bununla da piyadaların həyatı üçün təhlükə yaranır.