top
Nəsimi rayonunda Fantaziya hamamı hasarlanıb: binanı nə gözləyir - bərpa və ya sökülmə?
17 may 2022, 09:10
- ↺ +

Nəsimi rayonunda "Fantaziya" hamamı hasarlanıb: binanı nə gözləyir - bərpa və ya sökülmə?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nəsimi rayonunda yerləşən tarixi “Fantaziya” hamamının ətrafında hasar çəkilir. Bu haqda bu gün, 17 may tarixində 1News məlumat verib.

Müvafiq fotoşəkillər Facebook sosial şəbəkəsində yayılıb.

Bu memarlıq tikilisi fərdi şəxs tərəfindən dövlətdən alınıb. Lakin bu şəxs uzun illər hamamın sahibi olmasına baxmayaraq, onu bərpa etmək əvəzinə, yeni tikintiyə başlamaq üçün sökməyə cəhd edib. İctimaiyyətin etirazı və Memarlar İttifaqının müdaxiləsi sayəsində söküntünün qarşısı alınıb, sahibinə qarşı akt tərtib edilib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələ ilə bağlı açıqlamasında bildirb ki, Fantaziya hamamının hasarlanması faktı ilə bağlı araşdırmalar aparılır və bu məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Həmçinin qeyd olunub ki, “Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, abidələrin mülkiyyətində və ya istifadəsində olan fiziki və hüquqi şəxslər həmin abidələrin mühafizəsi haqqında Dövlət Xidməti ilə müqavilə bağlayır və abidələrin vəziyyətinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

“Abidələrlə bağlı bərpa, konservasiya, təmir, regenerasiya və digər işlər Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra həyata keçirilir”, - deyə qurumdan bildirilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər