Nəsimi rayonunda növbəti asfaltlanma işləri başa çatıb. Bu haqda 12 aprel tarixində Nəsimi RİH məlumat verib.
Nəsimi rayonunun Əbdülvahab Salamzadə, Mərdanov Qardaşları, Nəcəf bəy Vəzirov və Ağadadaş Qurbanov küçələrinə yeni asfalt örtüyü vurulub. Həmçinin yeni bordürlər qoyulub, səkilərdə təmir-bərpa işləri aparılıb.
Rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
[caption id="attachment_40299" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]