Şəhidin ailə üzvlərinin yaşadığı paytaxtın Nəsimi rayonun Asif Məhərrəmov küçəsi 68a ünvanında təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 29 noyabr tarixində Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Şəhid Vüqar Məmmədovun ailə üzvlərinin yaşadığı 3 otaqlı mənzildə suvaq, santexnika, elektrik işləri görülüb, hal hazırda kafel, metlax və parket işləri davam etdirilir.
RİH-nin başçısı mənzilə baş çəkib. Aparılan təmir işləri barədə məlumatlandırılıb.
[URIS id=16002]