Paytaxtın Nəsimi rayonunda təmizlik işləri aparılır. Bu haqda 17 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
İməcilik çərçivəsində parklarda, bağlarda, abad həyətlərdə abadlıq və təmizlik işləri aparılıb, ağaclar budanıb, yaşıllıqlar suvarılıb, eyni zamanda küçə və prospektlərdə yolkənarı səkilər, məhəccərlər, işıq dirəkləri, reklam lövhələri, tullantı konteynerləri yuyularaq təmizlənib.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
[caption id="attachment_70273" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]