Bakının Nəsimi rayonunun müxtəlif ünvanlarında abadlıq və asfaltlanma işləri aparılır. Bu haqda bu gün, 9 iyun tarixində rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Bakıxanov küçəsi ilə kəsişmədən Salatın Əsgərova küçəsinə qədər yeni asfalt örtüyü vurulur, yeni bordürlər qoyulur, səkilərdə təmir-bərpa işləri aparılır.
Daha öncə, bu ilin may ayında rayon ərazisində Mərdanov Qardaşları, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Cəlil Məmmədquluzadə, Abbasqulu Ağa Bakıxanov, Süleyman Rüstəm və Sarabski küçələrində asfalt örtüyü dəyişilmişdir.
Cəlil Məmmədquluzadə küçəsində hazırda da işlər davam etdirilir.
[URIS id=47874]