Paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində piyada səkiləri təmir olunur. Bu haqda bu gün, 25 dekabr tarixində Nəsimi rayon İcra Həkimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Səkilərdəki tamet daşları bərpa olunur, yeni bordürlər qoyulur.
Rayon İH-nin başçısı təmir və bərpa işləri aparılan ünvanlarda olaraq sakinlərin şikayət və təkliflərini dinləyib və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
“Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yararsız vəziyyətə düşmüş yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir”, - deyə qurum bildirib.
[URIS id=21715]