Nəsimi rayonunda maraqlı lük sakinlərin diqqətini çəkib. Bu haqda 12 aprel tarixində Bakuplus.az-a məlumat daxil olub.
Səməd Vurğun küçəsində yarısı səkidə, yarısı magistral yolda olan kanalizasiya lükü mövcuddur. Ən maraqlısı odur ki, lükün üzərindən bordür çəkilib.
Hal-hazırda quyunun ətrafı çöküb və həmin yer təmir olunur.