Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub. Bu haqda 30 aprel tarixində Nəsimi rayonu İcra Hakimiyyəti məlumat verib.
RİH-in rəhbərliyi və məsul əməkdaşları tərəfindən şəhid ailələrinə maddi yardım və bayram sovqatları paylanılıb. Həmçinin “Azərbaycan Sənaye Korporasiya” ASC tərəfindən rayonda yaşayan əlillərə, aztəminatlı ailələrə bayram sovqatı verilib.
Bayram ərəfəsində ümumilikdə 1000-dən artıq ailəyə bayram sovqatları paylanılıb.