Nəsimi rayonunda yolların təmir edilməsi istiqamətində işlər davam edir. Bu haqda 14 may tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Rayon ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Tbilisi prospekti 68 ünvanında yollara yeni asfalt örtüyü vurulub, piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilib və bordürlər yeniləri ilə əvəz olunub.
Həmçinin 1-ci mikrorayon ərazisində yararsız vəziyyətə düşmüş məhəllədaxili yollara asfalt örtüyü vurulub.
[URIS id=44449]