Paytaxtın Nəsimi rayonunda təmizlik işləri aparılıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
İməcilik sakinlərin kütləvi şəkildə istirahət etdikləri parklarda, bağlarda, eləcə də abad həyətlərdə aparılıb. Bundan əlavə, küçə və prospektlərdə yolkənarı səkilər, məhəccərlər, işıq dirəkləri, reklam lövhələri və tullantı konteynerləri yuyularaq təmizlənib.
Hazırda rayonun müxtəlif yerlərində təmizlik -abadlıq işləri davam edir.
[URIS id=71256]